Azərbaycanlı futbol məşqçisi Sənan Qurbanov Sportal.az saytına açıqlamasında ölkə kubokunun finalında üz-üzə gələcək "Qarabağ" və "Zirə" haqda danışıb.
Ötən mövsüm "Keşlə" ilə kuboka sahib çıxan mütəxəssis bu ilki final haqda bunları deyib:
“Qarabağ” – “Zirə” yaxşı afişadı. “Qarabağ”ın adı harada varsa, afişa daha cəlbedici olur. Bu klub son illərin dominantdııd. Kubokun finalına çempion kimi çıxacaqlar. “Zirə” üçün “Qarabağ”a qarşı oynamaq çətin olacaq. Amma “Qarabağ”ın özü üçün də asan olmayacaq. Çünki “Zirə” tarixində ilk dəfədir kubokun finalına çıxıb. “Zirə” kuboku qazanmaq şansından maksimum istifadə edəcək. Rəqib “Qarabağ” olsa belə, “Zirə” futbolçuları yüksək motivasiya ilə oynayacaq. Dediyim kimi, ilk finalıdı komandanın. Ən yaxşı oyunu oynamağa çalışacaqlar”.
Qurbanov, ötən mövsüm “Keşlə”nin baş məşqçisi kimi qazandığı final matçını da xatırlayıb: “Biz keçən il kuboku götürdük. Çox gərgin final alınmışdı. Onsuzda bütün finallar maraqlı, gərgin və stressli keçir. Ortada titul var və qazanmaq istəyirsən onu. Niyə özümüzdə saxlaya bilmədik titulu? Çünki rəqibimiz “Qarabağ” idi. Problemlərimiz var idi, heyəti gücləndirə bilmədik. Gedənlərin yerini doldurmaq çətinlik çəkdik. Bu da təsirsiz ötüşmədi. İlk oyunda “Qarabağ”a tab gətirsək də, ikinci görüşdə alınmadı. İstəmədiyimiz halda kubokla vidalaşdıq.”