"Daha yüksək səviyyədə oynamağa hazırdırsa, təbii ki, Azərbaycan millisinə kömək edə bilər"

13:52 - 1 May 2022

"Ozan Kökçünün "Telstar"da oynadığını bilirəm. Onu "Sabah"dan xatırlayıram. İndi Niderlandda aşağı liqada oynayır. Doğrudu, "Telstar"da kiçik klubdu, böyük pulları yoxdu. Amma hər halda əsas olan daimi oynamaqdı".

Bu sözləri Sportal.az saytına açıqlamasında Con Van Loen deyib.

"Qarabağ"ın uşaq futbolu üzrə texniki direktoru vəzifəsində çalışmış təcrübəli mütəxəssis "Tesltar" forması geyinən Ozan Kökçü barədə danışıb.

Niderlandlı məşqçi əvvəllər 21 yaşlılardan ibarət yığma komandamızın üzvü olmuş yarımmüdafiəçinin Azərbaycanın əsas millisinə güc qata biləcəyini vurğulayıb: "Əgər o, daha yüksək səviyyədə oynamağa hazırdırsa, təbii ki, Azərbaycan millisinə kömək edə bilər. "Telstar"da oynadığını bilirəm, amma düzünü deyim, onun buradakı oyununa baxmamışam".

"Telstar" hazırda 1-ci liqada 35 xalla 20 komanda arasında 19-cu pillədədi. Kökçü bu mövsüm aşağı liqada meydana çıxdığı 28 oyuna 2 qol vurmağı bacarıb. 

Xəbər xətti