"Neftçi"nin qolkiperi Polşa və Türkiyə klublarının maraq dairəsindədi

15:35 - 2 May 2022

Müqavilə ilə “Neftçi”yə məxsus olan, hazırda icarə əsasında “Səbail”in qapısını qoruyan Rəşad Əzizli karyerasını ölkə xaricində davam etdirə bilər.

Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, 28 yaşlı qolkiper iki ölkə klublarının transfer siyahısındadı.

Belə ki, ona maraq göstərən klublardan biri Polşadandı. “Yagelloniya” Əzizlini yayda heyətinə qatmaq istəyir. Belostok təmsilçisi qapıçını mövsüm sonuna qədər izləyəcək. Polşalılarla yanaşı Türkiyə 1-ci liqasında yarışan “Boluspor” Rəşadı yayda heyətinə cəlb etmək niyyətindədi. "Neftçi" ilə müqaviləsi gələn ilin yayında sona çatacaq çərçivə qoruyucusunun yeni mövsümə hansı komandada başlayacağı sezon bitdikdən sonra dəqiqləşəcək.

Xəbər xətti