“Olimpiakos”dan (Volos) ayrılan Turan Manafov fərdi məşqlərini davam etdirir.
Sportal.az saytına açıqlama verən müdafiəçi “Səbail”in məşqlərinə yaxın günlərdə qoşulacağını bildirib:
“Hələ ki, komanda ilə məşqlərə başlamamışam. Sadəcə qaçırdım, fərdi məşqlər edirdim. Əslində, ötən həftədən kollektivlə məşqlər etməliydim. Sadəcə fikirləşdim ki, belimi tam sağaldım və məşqlərə qoşulum. Özüm də istəyirəm ki, tam sağaldıqdan sonra kollektivlə məşqlər edim”.
Yunanıstan klubundan FİFA-ya şikayət edən müdafiəçi hazırki durum barədə məlumat verib: “FİFA qərar çıxarıb. Qərar çıxarıb deyəndə ki, vəziyyət belədi, FİFA “Olimpiakos”a 19 günlük vaxt verib. Əgər onlar lazım olanları etməzsə, sanksiyalar tətbiq olunacaq”.