"Sabah"ın legioneri Boyan Letiç Sportal.az saytına müsahibə verib. Müdafiəçi komandasının avrokuboklar şansını dəyərləndirib.
- Premyer Liqanın 25-ci turunda “Qarabağ”la qarşılaşdınız və onlara uduzmadınız. 1:1 yekunlaşan görüşü komandanız üçün necə dəyərləndirirsiniz?
- Çətin oyun olacağı öncədən bəlli idi. Fikrimcə, çox yaxşı oyun alındı. Azarkeşlər də yaxşı futboldan zövq aldılar. İlk dəqiqədən son saniyəyə qədər gərgin və yaxşı tempdə keçən oyun oldu.
- Səncə, nəyə görə qalib gələ bilmədiniz? Rəqib meydanda azlıqda qaldıqdan sonra qol epizodlarınız daha çox idi. Nəticəni ədalətli hesab edirsən?
- Əslində, hər iki komandanın qol epizodları var idi. Oyunun qırılma nöqtəsi həm onlar, həm də biz tərəfdən baş verə bilərdi. Doğrudu, “Qarabağ” meydanda 10 nəfərlə qaldıqdan sonra qol imkanlarımız çox idi. Amma təəssüflər olsun ki, biz onlardan yararlana bilmədik.
- Bilirdiz ki, qalib gələsi olsanız “Qarabağ”ın çempionluğu rəsmiləşdirməsi bir tur da gecikəcək?
- Bəli, bunu anlayırdıq. Amma biz meydana komandamızın xal və xallar qazanmasını istəyərək, düşünərək çıxmışdıq.
- “Sabah” avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Səncə, bu vəzifənin öhdəsindən gələ biləcəksiz?
- Biz böyük komandayıq. Niyə də avrokuboklara vəsiqə qazanmayaq? Üstəlik, bizə inanırlar.
- “Sabah”dakı karyerandan necə, razısan? Azərbaycana gəlmək qərarını verdiyinə görə peşmançılığın yoxduki?
- “Sabah”dakı karyeramdan razıyam. Burada həm futbol baxımından, həm də ümumi həyatımdan razıyam.
- Azərbaycan Premyer Liqasında oynayaraq Bosniya və Herseqovina millisinə dəvət almaq necə, mümkündü?
- Çox çətin sualdı. Mən hətta İspaniyada oynayanda zəng etməmişdilər mənə. Amma sabah necə olacağını bilmirik. Bu haqda indi fikirləşmirəm. Klubumda, karyeramdan xoşbəxtəm. Ən vacib olanı da budu.
Mirbağırağa