Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alındı

18:16 - 5 May 2022

Azərbaycan Premyer Liqasında tamaşaçı sayında mövsümün yeni rekordu qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, XXV turun oyunlarını ümumilikdə 5800 azarkeş izləyib.

 

“Şamaxı” – “Səbail” qarşılaşmasında 2200, “Qarabağ” – “Sabah” matçında 1800 tamaşaçı olub. “Sumqayıt”la “Neftçi”nin duelini 1300, “Zirə” və “Qəbələ” arasında görüşü 500 nəfər seyr edib.

 

Bu, mövsümün bir tur üçün ən yüksək göstəricisidir. Bunadək rekord III turda qeydə alınmışdı – 4750. XV turu 4550, XXII turu 4150 tamaşaçı seyr edib.

Xəbər xətti