“Qaradağ Lökbatan”ın heyətində birinci divizionda çempion olan Elnur Cəfərov yeni mövsümdən yenidən Azərbaycan Premyer Liqasında oynaya bilər.
Sportal.az saytına daxil olan məlumata görə, millimizin sabiq üzvünün bu mövsüm birinci diviziondakı göstərdiyi performans yüksək liqa klublarının diqqətini çəkib.
“Şamaxı” başda olmaqla bir neçə klubun Cəfərovun xidmətində maraqlı olduğu iddia edilir. Hətta yeni mövsümdən yüksək liqada mübarizə aparacaq “Turan Tovuz” və “Kəpəz”in də Elnuru heyətinə qatmaq niyyəti var.