I Divizionun çempionu "Qaradağ Lökbatan"ın müdafiəçisi Nodar Məmmədov Sportal.az saytına açıqlama verib.
Azərbaycan millisinin keçmiş üzvü komandasının Premyer Liqaya buraxılmaması haqda danışıb. Təcrübəli futbolçu mövsümün əvvəlindən bu qərarın veriləcəyini bildiklərini deyib:
"Əslində ilk dəfə deyil ki, I Divizionda çempionluq yaşayıram. Daha əvvəl "Turan Tovuz" və "Xəzər"də oynayarkən çempion olmuşdum və heç biri ilə Premyer Liqaya yüksələ bilməmişdim. Amma həmin klubların Premyer Liqaya yüksəlmək şansları var idi. "Qaradağ Lökbatan"da isə vəziyyət fərqli idi. Əvvəldən bilirdik ki, komanda Premyer Liqaya çıxmayacaq. Bu, təcrübəli futbolçulara o qədər də təsir etmir. Amma gənc oyunçulara motivasiya cəhətdən təsiri böyükdür. I Divizionda oynamaq özümüzün formada olmağı üçün yaxşıdır. Əgər oyunlara ciddi hazırlaşmasaydıq, sona 4 tur qalmış çempion olmazdıq. Baş məqşçimiz Füzuli Məmmədov hər dəfə deyirdi ki, I Divizion səviyyəsində qalmaq istəmirsizsə, ən güclü olmağı qarşınıza məqsəd qoymalısız. Bunu etsəz, inkişaf edəcəksiz.".
Nodar Məmmədov "Kəpəz" və "Turan Tovuzun Premyer Liqaya vəsiqə qazanması haqda da danışıb:
"Həm "Turan Tovuz"un, həm də "Kəpəz"in heyətində I Divizionda çıxış etmişəm. Bu komandaların Premyer Liqaya yüksəlməsinə çox sevindim. Əsl futbol bölgələrdədir".
saytlarin hazirlanmasi