Ayxan Abbasov: "Turan Tovuz"a kömək etməyə həmişə hazıram"

15:50 - 10 May 2022

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacağı rəsmiləşən "Turan Tovuz"un baş məşqçi postuna Ayxan Abbasovu təyin edəcəyi iddia edilir.

Məsələ haqda Abbasovun özü Sportal.az saytına açıqlama verib. Gənc mütəxəssis əvvəllər formasını geyindiyi kluba baş məşqçi kimi qayıtmağa hazır olduğunu bildirib. O, həm "Turan Tovuz", həm də "Kəpəz"in yüksək liqaya qayıtmasının Azərbaycan futbolu üçün də müsbət hal olduğunu deyib:

"Sevinirəm ki, bölgə klubları Premyer Liqaya qayıtdı. "Kəpəz" və "Turan"ın yüksək liqada olması futbolumuzun, çempionatımızın daha maraqlı keçməsinə, inkişafına təkan verəcək. Allah qoysa, digər bölgələrimiz də yaxın illərdə Premyer Liqaya qayıdar. O ki əvvəl rayonlara oyunlara gedirdik, yerli azarkeşlər, atmosfer, həyəcanlı idi.

"Turan" karyeramın önəmli klublarından biridi. Bu klubda iki fərqli illərdə oynamışam. İlk dəfə ora gedəndə gənc idim. Həqiqətən də gözəl komandamız var idi. Düzdü, son anda avrokuboklara vəsiqə qazana bilmədik. Amma həmin il komanda adından söz etdirə bilmişdi. Tovuza ikinci gedişimi də yaxşı xatırlayıram. Komandanın çətin vaxtları idi, Premyer Liqada qalmağ uğrunda mübarizə aparırdıq. "Qarabağ"dan sonra getdim oar və komanda Premyer Liqadakı yerini saxlaya bilmişdi. Tovuzda yaxşı günlərimiz olub. Həqiqətən də əla azarkeşlər var. Şəhər, azarkeşlər, rəhbərlik həmişə yadımdadı. Orada çiyin-çiyinə oynadığım futbolçular var ki, indi "Turan Tovuz"da akademiyada çalışır, rəhbərlikdə işləyir. Mənə yaxın klubdu.

Orada baş məşqçi işləməyə gəldikdə, Allah nəsib edər, bilmirəm. Klubun tam büdcəsi ibəlli deyil. Yaxın günlərdə həm "Turan Tovuz", həm də "Kəpəz"in büdcələri məlum olacaq. Transferlər, baş məşqçi məsələsi həllini tapar. Dediyim kimi, Tovuz mənim üçün doğmadı, orada işlədim və ya işlədim, həmişə bu kluba kömək etməyə hazıram. Nə gücüm çatırsa, onlara kömək etməyə hazıram. Gələcək hər şeyi göstərəcək".

"Hələ ki, futbolçu və məşqçi kimi eyni klubda işləmək qismət olmayıb. Premyer Liqanın iki klubunda baş məşqçi kimi işləmişəm, amma orada futbolçu kimi oynamamışam. "Turan Tovuz"da alınarsa, tam başqa hiss olacaq. Klub rəhbərliyində yer alanlar da, futbol adamlarıdı. Oqtay Abdullayev, Nadir Nəbiyev Tovuz klubunun Premyer Liqaya qayıtması üçün illərdi ki, əllərindən gələni edirdilər. Buna artıq nail oldular.

Bugünkü gündə orada canlı korifeylər, Tovuz futbolu üçün canını qoyan Eltay Aslanov, Nizami Sadıqov kimi adamlar var. Tovuz futbolu milliyə həmişə futbolçu verib, oradan yaxşı oyunçular çıxıb. Vurğun Hüseynov, Cavid Tağıyev, Elvin Məmmədov, Amil Yunanov, Kamal Bayramov da Tovuz futbolunun yetirməsidi. Orada həmişə komanda olmalıdı, akademiya da var. İnanıram  gələcəkdə də orada futbolçular yetişəcək. Klubun imkanı nəyə çatacaq, görəcəyik. Mən tərəfdən nə kömək lazımdırsa, "Turan"a etməyə hazıram" deyə, Ayxan Abbasov fikirlərini yekunlaşdırıb. 

Xəbər xətti