"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev Sportal.az saytına açıqlama verib.
O, komandanın baş məşqçi postuna kimin gətiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
"İnanın ki, hələ ki, heç nə bilinmir. Axı, gərək bizə ayrılan vəsait bəlli olsun. Qeyd etdiyim məsələ həll olunduqdan sonra baş məşqçi məsələsini də həll olunacaq. Hansı məşqçilərin namizədliyi var? Ad çəkə bilməyəcəm, bu, doğru olmaz. Sadəcə onu deyə bilərəm ki, hələlik dörd məşqçinin fikrilə maraqlanmışıq. Təbii ki, hamısı yerli məşqçilərdi. Büdcə məsələsi həll olunduqdan sonra, baş məşqçi məsələsi də həll olunacaq. Yeni mövsüm üçün mübariz, Premyer Liqada oynayacaq yaxşı komanda formalaşdırmaq istəyirik. Yəqin ki, yaxın vaxtlarda baş məşqçi məsələsi dəqiqləşəcək. Bizim özümüzdə kifayət qədər yerli mütəxəssislər olduğuna görə, heç xarici məşqçi haqqında ümumiyyətlə söhbət getmir".