"Karyerama Belçikada davam etmək variantım var"

18:27 - 11 May 2022

İsveçdə "Savedalens" klubunda oynayan Ayxan Cabbarovun karyerasını Belçikanın "Beerşot" klubunda davam etdirə biləcəyi haqda xəbər vermişdik.

Sportal.az xəbər verir ki, futbolçu gələn həftənin sonunda Belçikaya yollanacaq. O, mayın 16-21-i arasında bu klubunda düşərgəsində olacaq. Məsələ ilə bağlı futbolçu özü saytımıza bu cür danışıb:

"Bəli, bir müddət əvvəl "Hakken"in düşərgəsindəydim. Məncə, hər şey pozitiv alındı. Komandanın məşqçilər korpusunda öz barəmdə müsbət rəy formalaşdıra bildim. İndi isə "Beerşot"dan təklifim var. Çalışdığım agentliyə Belçika klubundan təklif daxil olub. Bu həftə həmin ölkəyə uçmağa hazırlaşıram. Bir həftə Belçika klubunun düşərgəsində iştirak olacam. "Beerşot" Belçikada yaxşı klublardan biridi. Təbii ki, Belçikada da qalmaq, karyerama orada davam etmək variantım var. Görək də, necə alınacaq. Çalışacam ki, özümü ən yaxşı tərəfdən göstərim. Əgər hər şey yaxşı alınarsa, karyerama Belçikada davam etməyin əlehinə deyiləm".

Xəbər xətti