"Qəbələ"nin şimali makedoniyalı futbolçusu İsnik Alimi Sportal.az saytına müsahibə verib.
- Konfrans Liqasına vəsiqəni təmin etdiniz. Necə hisslər keçirirsən?
- Özümü çox xoşbəxt hiss edirəm. Bəli, biz bunu bacardıq. Klub, futbolçular, personal hamı ilk gündən uğurlu nəticəyə inandıq. İlk oyundan da yaxşı komanda olduğumuzu göstərdik. Mövsümün əvvəlindən bu il uğurlu nəticələr qazana biləcəyimizi göstərmişdik. Dayanmadan işlədik, sonda da istədiyimizi əldə etdik.
- "Şamaxı" ilə matçda qazanılan qələbəni necə şərh edərdin?
- Hava çox isti idi və oyun da ağır keçdi. 20 dəqiqədən sonra qolumuzu vurduq. Bu da çox yaxşı oldu. İlk yarıda qol vurmaq istəyirdik. İkinci qolu da vura bilərdik. Amma etiraf edim ki, ikinci yarıda diqqətimiz daha çox Bakıdakı oyunlarda idi, nəinki meydanda.
- "Sabah"ın "Sumqayıt"a qalib gələ bilməməsi səni təəccübləndirdi?
- Xeyr, bu nəticə məni təəccübləndirmədi. Çünki “Sumqayıt”ın necə yaxşı komanda olduğunu bilirəm. Keyfiyyətli futbolçulardan yığılmış komandadı. Futbolda isə hər şey olur.
- Necə düşünürsən, "Qəbələ" avrokuboklarda hansı nəticəni göstərə bilər? Səncə, mərhələ keçə bilərsiniz hazırki heyətlə, yoxsa güclənməlisiniz?
- - Biz öncə yaxşı dincəlməliyik. Daha sonra isə avrokuboklar haqda düşünmək olar. Vacib olan budur ki, yaxşı hazırlaşmalıyıq. Avrokuboklarda isə maksimumu etməyə çalışacağıq. Bəli, güclənməyə ehtiyacımız var. Amma bu, klubun düşünəcəyi məsələdi.
- Ümumiyyətlə, mövsümü özün üçün necə dəyərləndirirsən? Azərbaycana gəlməklə düzgün qərar verdiyini fikirləşirsən?
- Burada olduğum üçün xoşbəxtəm. Mənim üçün yaxşı sezon keçdi. Həmçinin də komanda yoldaşlarım üçün. Onlar olmadan mümkünsüz idi. Azərbaycana gəlməklə doğru qərar vermişəm. “Qəbələ”yə gəlmək qərarını verdiyim üçün xoşbəxtəm.
Mirbağırağa