"Qəbələ"nin aparıcı futbolçusu Omar Hanni klubla yeni müqavilə imzalaya bilər.
Sportal.az saytının məlumatına görə, bölgə klubu iordaniyalı futbolçuya yeni müqavilə təklif edib.
Onun "Qəbələ" ilə müqavilə müddətini bir illik artıracağı gözlənilir.
Ayağında zədəsi olan Hanniyə vaxtından əvvəl ölkəsinə qayıdıb, zədəsini müalicə etdirməyə icazə verilib.