Ronaldo 1 milyon avroya saat aldı - FOTO

14:55 - 18 May 2022

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo bahalı əşyalar kolleksiyasına yenisini əlavə edib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu özünə yeni saat alıb. "A Bola"nın məlumatına görə, Ronaldonun yeni saatının qiyməti 1 milyon avrodur.

 

Bu saatdan dünyada cəmi 126 ədəd var. 232 briliyant və 109 qara sapfir daşı ilə bəzədilmiş saat Ronaldonun "Bugatti Chiron" markalı avtomobilinə uyğun şəkildə dizayn olunub. Saatda "CR7" loqosu da yer alıb.

 

Resim

Xəbər xətti