"Şamaxı"da yeni baş məşqçi təyinatı gözlənilir.
Sportal.az saytına verilən məlumata görə, bölgə klubunun baş məşqçi postuna namizədlər yerli mütəxəssislərdi.
Əslində, klub ölkə xaricindən də baş məşqçi gətirməyi planlaşdırır. Amma büdcənin aşağı olması səbəbindən rəhbərlik bu postu yerli mütəxəssisi tapşırmaq istəyir.
Hazıda baş məşqçi postuna ən real namizəd isə Vəli Qasımovdu. Mövsüm sona çatan kimi Qasımovun əsas komandaya rəhbərlik etməsi gözlənilir.
O, hazırda "Şamaxı"nın futbol məktəbinin koordinatoru vəzifəsində çalışır.
Sənan Qurbanovun gedişindən sonra baş məşqçi postu müvəqqəti olaraq Rüstəm Əliyevə tapşırılıb. O, "Şamaxı-2"yə geri göndəriləcək.