Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Tellur Mütəllimovun yeni mövsümə hansı komandada başlayacağı dəqiqləşib.
Sportal.az saytına verilən məlumata görə, 27 yaşlı futbolçu “Sabah”la razılığa gəlib.
Mövsüm başa çatan kimi Mütəllimov rəsmi müqaviləyə qol çəkəcək.
Futbolçunun “Sumqayıt”la müqaviləsi mövsüm sonunda başa çatacaq və buna görə də o, “Sabah”a azad agent status ilə keçəcək.