Nazir idman idarələrinin rəisləri ilə görüşdü

Mayın 19-da gənclər və idman naziri Fərid Qayıbov respublikamızın rayon gənclər və idman idarələrinin rəisləri ilə görüşüb.

Sportal.az xəbər verir ki, yerli idarələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayan nazir onlara gənclər evləri, olimpiya idman kompleksləri və digər təşkilatlarla daha sıx əməkdaşlıq şəraitində işləməyi tövsiyə edib. Bildirib ki, hər bir idarə öz fəaliyyətini müasir tələblərə uyğun qurmalıdır.

​Nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva müvafiq olaraq, idman və gənclər siyasəti sahələrində görülməli işlərlə bağlı fikirlərini bildirib, təkliflərini diqqətə çatdırıblar. Görüş zamanı nazir Fərid Qayıbov gənclər və idman idarələrinin rəislərini dinləyib, onların təklifləri və qaldırdıqları məsələlərlə maraqlanıb.

Tarix: 20 May [11:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio