Azərbaycan milli komandasının üzvü Rəhim Sadıxov "Sumqayıt"dan ayrıla bilər.
Sportal.az saytına verilən məlumata görə, futbolçunun xidmətində maraqlı olan klubların sayı az deyil.
2022/2023 mövsümündə Sadıxov Premyer Liqamızda yeni komandada oynaya bilər.
Belə ki, “Sabah” və “Qarabağ” klubları 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
2019-cu ildə “Sumqayıt”da oynamaq üçün Rusiyadan Azərbaycana gələn Rəhim bu ölkəyə də qayıda bilər. Məlumata görə, onu Rusiya Premyer Liqasında yarışan klublardan biri transfer etmək istəyir.