Region Liqası: "Cəbrayıl" çempion oldu

17:53 - 20 May 2022

Region Liqasının qalibinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, finalda "Cəbrayıl" "Xan Lənkəran"dan güclü olub. 

Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv rəqibinə 1:0 qalib gələrək çempionluq sevinci yaşayıb.

Bununla da "Cəbrayıl" iyunun 17-23-də Azərbaycanda keçiriləcək UEFA Region kubokunda ölkəmizi təmsil edəcək.

Xəbər xətti