Almaniya milli komandasının keçmiş baş məşqçisi Yoahim Löv klubda işləmək istəyir.
Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis bu barədə yerli mətbuata verdiyi açıqlamada bildirib:
"İstəyim var, amma hələ dəqiq bir şey yoxdur. Bəzi maraqlanan və təklif göndərən klublar olub. Bunlarla növbəti həftə məşğul olacağam. Hələ konkret qərarım yoxdur. Yenidən klub çalışdırmaq istəyirəm. Bu, xoşuma gələn iş olar".
Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən 2021-ci ilin yayınadək Almaniya milli komandasını çalışdırıb.
saytlarin hazirlanmasi