"Rəhim Sadıxovun Rusiyanın Premyer-liqa klublarından birinə keçməsi realdı"

16:39 - 22 May 2022

Bu mövsümü imkanlarından aşağı keçirməsinə baxmayaraq, Rəhim Sadıxov Premyer Liqanın ən yaxşı futbolçularından biri sayılır. Onun yaxın vaxtlarda “Sumqayıt”dan ayrılacağına dair məlumatlar var. Deyilənlərə görə, Sadıxovu heyətində görmək istəyənlər arasında hətta Rusiya Premyer-liqası klubları da var.

 

Rəhim Sadıxovun Rusiyanın elita klublarının birində çıxış etmək ehtimalının nə qədər real olduğunu aydınlaşdırmaq üçün rusiyalı agent İmran Rzayevlə əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən İmran bəy Rəhim Sadıxovla bağlı bunları dedi:

 

“Məlum hadisələrlə bağlı xeyli sayda legioner Rusiyanı tərk eləyib, qalıb mövsümü başa vuranlar arasında Avropa İttifaqı ölkələrindən olanlar da çıxıb gedəcəklər. İndiki durumu nəzərə alsaq, Rəhim Sadıxovun Rusiyanın Premyer Liqa klublarından birinə keçməsi realdı. İlk onluqda qərarlaşan klublarda olmasa da, məsələn, Premyer-liqaya yeni vəsiqə qazanan “Torpedo”da oynaya bilər. Hər halda “Torpedo”da Rəhimi yaxşı tanıyırlar, orada bir vaxtlar çıxış edib”.  

 

Qeyd edək ki, Rəhim Sadıxovun xidmətində maraqlı olan klublar arasında “Qarabağ” da var.

Xəbər xətti