"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrlə görüşüb.
Sportal.az xəbər verir ki, o, "Bugünkü reallığa baxsaq, futbolumuz 10-15 ildən sonra nə vəd edir?" sualına cavab verib. 50 yaşlı mütəxəssis çatışmayan cəhətlərin, problemlərin olduğunu deyib:
"Bugünkü reallıqda futbolumuzu gələcəkdə yaxşı heç nə gözləmir. Çatışmayan cəhətlərimiz var. Problemlərimiz var ki, bunları aradan qaldırmaq asan olmayacaq. Biz komanda olaraq hər hansı uğurlara imza atmışıq. Amma bu gün hamı azərbaycanlı futbolçular yoxdu deyə şikayət edir. Hara getsən, bu fikirlərdi. İldən-ilə geriyə doğru addım atırıq, bunu hiss edirik, ya yox bilmirəm. Amma mən hiss edirəm. Hamımız deyirik ki, bunlar, bunlar olmalıdı. Bir neçə süni örtüklü stadion etmişik. "Qarabağ"ın uşaqları süni örtükdə məşq edirlər. Aşağıları düzəltməsək, qarşıda bizi yaxşı heç nə gözləmir. İnkişaf üçün hər şey maliyyənin üzərindədi. Düzgün hədəfə çatmaq üçün maliyyədən öncə də işlər var. Onları qaydasına salmalıyıq. Bugünkü duruma görə gələcəkdə yaxşı heç nə gözləmirik. Bunlar mənə təsir edir. Bunu deməliyik. Neçə il əvvəl deyirdim ki, Avropa beş addım atırsa, biz bir addım gedirik. İndi Arvopa qabağa gedir, biz arxaya. Həm də asan olmayacaq. Tez bir zamanda ciddi formada futbolun inkişafı üçün addımlar atıb, iş prinsipimizi dəyişməliyik. Bunlar federasiyadan asılıdı".
saytlarin hazirlanmasi