FİFA yaxın günlərdə Bəhlul Musatafazadənin məsələsi ilə bağlı qərar çıxaracaq: "Həmin vaxtın bitməsinə 2-3 gün qalıb"

16:04 - 24 May 2022

“Sabah”ın və Bəhlul Musatafazadənin Birləşmiş Ərəb Əmirlikləri klubu “Əl-Əyn”i FİFA-ya şikayət etməsindən xeyli vaxt keçsə də, ali futbol qurumu tərəfindən hələ də heç bir qərar çıxmayıb. Futbolçunun agenti Səbuhi Səfiyarlı məsələ ilə bağlı Sportal.az saytına açıqlama verib. O, FİFA-nın yaxın günlərdə qərar verəcəyini deyib:

 

“Prosedura görə belədir ki, “Əl-Əyn” klubu 21 gün ərzində FİFA-nın məktubunu cavablandırmalıdır. Həmin vaxtın bitməsinə 2-3 gün qalıb. Məhz BƏƏ klubundan cavab gələndən sonra FİFA yekun qərar çıxaracaq. Belə görünür ki, qərar Bəhlulun və “Sabah”ın xeyrinə olacaq”.  

 

Qeyd edək ki, ötən ilin sentyabr ayında Bəhlul Mustafazadə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu ilə 3 illik müqavilə bağlasa da, sonradan klub müqaviləni birtərəfli qaydada pozmuşdu. Bu səbəbdən həm Bəhlul Musatafazadə, həm də bu keçidə görə transfer haqqı almalı olan “Sabah” klubu FİFA-ya şikayət etmişdi.  

Xəbər xətti