Premyer Liqada 4-cü yeri tutmaqla Konfrans Liqasına vəsiqə qazanan “Qəbələ” klubu ilk növbədə heyətini qorumağa çalışır. Artıq bəzi futbolçularla müqavilələr yenilənib.
Sportal.az xəbər verir ki, “Qəbələ”nin heyətində saxlamaq istədiyi futbolçulardan biri də Nicat Mehbalıyevdi. Bu barədə məlumatı klubun baş meneceri Nail Kərimov verib. O, deyib ki, bu məsələ ilə bağlı “Sabah” klubuna müraciət etsələr də, hələ ki, cavab almayıblar.
Qeyd edək ki, müqavilə ilə “Sabah”a məxsus olan Nicat Mehbalıyev son mövsümü icarə əsasında “Qəbələ”də keçirib və komandanın əsas qapıçısı olub.
saytlarin hazirlanmasi