İvanoviç: "Ümidvaram ki, "Sabah"dan zəng gələcək"

15:12 - 25 May 2022

Albaniyanın “Teuta” klubunda oynayan Filip İvanoviç Sportal.az saytına açıqlama verib.

Serbiyalı müdafiəçi “Sabah”a qayıtmaq istədiyini bildirib.

30 yaşlı müdafiəçi paytax klubuna dönmək şanslarını bu cür dəyərləndirib:

“Hələ ki, mövsüm davam edir. Mövsüm sona çatandan sonra variantlara baxacam, çempionatın gedişində heç bir klubda danışmıram. Ümidvaram ki, “Sabah”dan zəng gələcək. Mən bu komandanı ürəyimdə daşıyıram. “Sabah”a qayıtmağı çox istəyərdim. Sezonun sonunda azad agent olacam və rahat hər bir klubla danışıq apara biləcəm. Dediyim kimi, mənim “Sabah”a qayıtmaq istəyim var. Amma qayıtmağım üçün onlar da məni istəməlidi".

Mirbağırağa

Xəbər xətti