Rafael Ağayev Avropa çempionatında mübarizəni dayandırdı

00:02 - 26 May 2022

Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatında mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda kiprli Panayiotis Loizidesi, ardınca isə slovakiyalı David Podsklanı məğlub edib.

Lakin o, 1/4 finalda Bosniya və Herseqovina təmsilçisi Hamza Turuljaya uduzaraq, yarışla vidalaşıb.
 

Xəbər xətti