Paytaxt klubu legionerinə yeni müqavilə təklif etdi

16:39 - 26 May 2022

"Şamaxı" Felipe Santosla müqavilə müddətini uzatmaq üçün ona yeni təklif irəli sürüb.

Sportal.az saytına verilən məlumata görə, bölgə klubu futbolçuya daha yaxşı müqavilə şərtləri irəli sürsə də, braziliyalını razı sala bilmir.

Buna səbəb isə komandanın növbəti mövsüm iddiasız olmaq ehtimalıdı.

25 yaşlı futbolçuya həm Premyer Liqamızdan, həm də Braziliyadan bir neçə klub təklif göndərib.

Santosun hansı klubda oynayacağı yaxın günlərdə dəqiqləşəcək.

Xəbər xətti