"Fatih Karagümrük" Volkan Demirellə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Demirel 2021-ci ilin dekabrından "Fatih Karagümrük"ü çalışdırırdı. Komanda onun rəhbərliyi ilə keçirdiyi 21 matçda 10 qələbə qazanıb, 6 dəfə məğlub olub.
Tarix: 27 May [15:46]
|
|
Müəllif: Sportal.az
|