"Minay"ın azərbaycanlı futbolçusu Eldar Quliyev Ukraynanın U-21 yığmasına dəvət edilib.
Sportal.az xəbər verir ki, Quliyev yığmanın AVRO-2023-ün seçmə mərhələsinin Şimali Makedoniya və Fransa ilə görüşləri üçün yığmaya cəlb olunub.
Saytımıza açıqlama verən Quliyev həm yığmadaya cəlb edilməsindən, həm də yayda Azərbaycan klublarından birinə keçmək ehtimalından danışıb:
"Təbii ki, yığma komandaya cəlb olunduğuma görə şadam. Şimali Makedoniya və Fransaya qarşı oynayacam ya, yox bilmirəm. Hər halda qərarı verən baş məşqçidi. Əgər şans verilsə, hər iki oyunda çıxıb Ukraynaya kömək etməyə hazıram.
AFFA-dan U-21 yığması üçün dəvət bir müddət əvvəl gəlmişdi. Mən əsas millidə oynamaq istəyirdim. Həm də müharibəyə görə ölkəni tərk etmək çətindi. Burada isə heç olmasa, oynamaq imkanı qazanıram.
Azərbaycan klublarından təklifə gəldikdə, düzü, bu barədə geniş məlumatım yoxdu. Agentim hər şeydən xəbərdardı. Onun dediyinə görə iyunun əvvəllərində hər şey dəqiqləşəcək”.