"Sabah"dan ayrılan Slavik Alxasovun yeni mövsümkü komandasının adına aydınlıq gəlib.
Sportal.az saytına verilən məlumata görə, futbolçu artıq "Zirə" ilə anlaşıb.
Əslində, müdafiəçi bu klubla "Sabah"dan ayrıldıqdan sonra ilkin anlaşma əldə etmişdi. Yeni mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Zirə" yaxın vaxtlarda Alxasovla rəsmi müqavilə imzalayacaq. Onun xidmətində "Səbail" və "Qəbələ" klubları da maraqlıdı.