Yaxın günlərdə "Neftçi"nin Müşahidə Şurası Samir Abasovun baş məşqçi postundakı taleyinə aydınlıq gətirəcək.
Sportal.az saytına verilən məlumata görə, görüşün dəqiq günü bəlli olmasa da, gələcək həftə baş tutacağı dəqiqləşib.
44 yaşlı mütəxəssisin istefaya göndərilərək əvəzinə legioner məşqçinin baş məşqçi postuna təyin edilməsi də ehtimallar arasında yer alıb.