Azərbaycan millisinin müdafiəçisi Şəhriyar Əliyev karyerasını “Turan Tovuz”da davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, son olaraq “Şamaxı”da oynamış müdafiəçi bu komandanın yeni müqavilə təklifilə razılaşmayıb. Türkiyəyə yollanmaq ehtimalı da olan futbolçunu Ayxan Abbasov “Turan Tovuz”a dəvət edib.
Futbolçunun yeni mövsümdən Qərb klubunda oynamaq ehtimalı yüksəkdi. “Sumqayıt” da Əliyevin xidmətində maraqlıdı.