"Yaşar Vahabzadə ilə pis münasibətim yoxdu, onunla yığmada işləmişik"

13:28 - 29 May 2022

"Əvəzedici heyətə nəyə görə göndərildiyimi heç özüm də bilmirdim. Baş məşqçinin qərarını başa düşə bilmədim. İndiyə qədər də bunun səbəbini bilmirəm. Amma bu, mənim üçün böyük problem deyil. Əvəzedici heyətə yollandım, orada oynadım, ikinci yeri tutduq. “Şamaxı”dan təklifim yoxdu, başqa klublardan təkliflər olacağını gözləyirik".

Bu sözləri Sportal.az saytına açıqlamasında Tərlan Quliyev deyib. Başa çatan mövsümü "Şamaxı"da keçirən Quliyev Rüstəm Əliyevin baş məşqçi səlahiyyətlərini idarə etdikdən sonra onu əvəzedici heyətə göndərməsinə münasibət bildirib. Bununla yanaşı futbolçu komandasının cari mövsümkü çıxışını dəyərləndirib: "Əslində, birinci dövrəni yaxşı başlamışdıq. Qışda komandadan gedənlər oldu. Yerini dolduranlar isə olmadı. Mövsümü lap yaxşı yerdə başa vura bilərdik. Sadəcə olaraq, oyunçu qıtlığı filan hamısı oyunumuza təsir etdi".

Adı "Kəpəz"lə hallanan Tərlan Gəncə klubuna keçib-keçməyəcəyilə ilə bağlı sualı isə bu cür cavablandırıb: "Kəpəz"ə keçəcəyimlə bağlı xəbərləri sosial şəbəkələrdən oxuyuram. Rəsmi bir şey yoxdu. Olacağı təqdirdə, hamı biləcək. Düzdü, Yaşar Vahabzadə ilə pis münasibətim yoxdu, onunla yığmada birlikdə işləmişik. Amma "Kəpəz" məsələsi haqda bir söz deməyim yaxşı olmaz. Çünki dediyim kimi rəsmi heç nə yoxdu".

Xəbər xətti