A Seriyasına yüksələn sonuncu klub məlum oldu

11:15 - 30 May 2022

Növbəti mövsüm A seriyasında çıxış edəcək daha bir komanda nəlum olub.

Sportal.az xəbər verir ki, bu, "Monza"dır. Komanda B seriyasının pley-off mərhələsinin finalında "Piza"nı məğlub edib - 2:1, 4:3. "Monza" tarixində ilk dəfə A seriyasına yüksəlib.

Daha əvvəl "Leççe" və "Kremonese" elitaya vəsiqə qazanıb.

Xəbər xətti