Mahmud Qurbanov onların komandada qalmasını istədi

13:36 - 30 May 2022

Mahmud Qurbanovun baş məşqçi postuna gəlişindən sonra bir neçə futbolçu ilə danışıqlara start verilib.

Sportal.az saytına verilən məlumata görə, söhbət ötən mövsüm komandada yer alan yerli futbolçulardan gedir.

Qurbanov komandanımn aparıcı futbolçusu Adil Nağıyev və Rahid Əmirquliyevin komandada qalmasını istəyib.

Rəhbərlik artıq Nağıyevlə razılığa gəlib. Əmirquliyevlə isə 1-2 gün ərzində görüş təşkil olunacaq və ona yeni mövsüm də komandada qalmaq təklifi ediləcək. 

Xəbər xətti