Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının üzvü Ədilxan Qarəhmədov Estoniyaya yollanası olmayıb.
Sportal.az saytına verilən məlumata görə, gənc futbolçu "Səbail"də qalıb.
Mahmud Qurbanovun baş məşqçi postuna gəlişindən sonra Qarəhmədov da yeni mövsüm öz komandasında başlamaq istəyib.
"Payde"nin transfer etmək istədiyi oyunçu minimum qarşıdakı ili də Azərbaycan Premyer Liqasında keçirəcək. Mövsüm sonunda isə futbolçu Estoniyanın yolunu tutacaq.