"Şamaxı"nın əvəzedici və aşağı yaş qruplarından ibarət heyətləri yeni mövsüm üçün Sərhədçi İdman Olimpiya Kompleksində məskunlaşa bilər.
Sportal.az saytına verilən məlumata görə, klub öncədən Şağan Olimpiya İdman Kompleksini seçsə də, razılıq əldə edilməyib.
Məlumata görə, bunun üçün bölgə təmsilçisinin rəhbərliyi Sərhədçi İdman Kompleksini seçib. Əgər, tərəflər arasında razılıq əldə olunsa, əvəzedici heyət və aşağı yaş qruplarından ibarət futbolçular da bu stadionda məşqlərini edəcək.