"Qarabağ"ın futbolçusu Abdullah Zubir Fransada yaşadığı şəhərdə futbol həvəskarlarını sevindirib.
Sportal.az xəbər verir ki, o, qardaşı, “Zaqalata”da çıxış edən Tareklə birlikdə Lill şəhərində mini-futbol turniri keçirib. Qardaşlar qalib gələn komandaları və futbolçuları mükafatlandırıb. Tarek keçirildikləri turnirlə bağlı saytımıza açıqlamasında bu cür danışıb:
"Yaxşı turnir alındı. Turnirin "OREO LS Cup" adlandırmışdıq. Qardaşımla birlikdə yaşadığımız şəhərdə kiçik turnir təşkil etdik. Abdulla şəhərdəki insanları sevindirmək istəyirdi. Qaliblərə “playstation 5”, futbol formaları və səyahət üçün biletlər hədiyyə edildi".
Mirbağırağa
saytlarin hazirlanmasi