“Qəbələ” yola saldığımız mövsümdə komandanın aparıcı üzvlərindən olan Stefan Vukçeviç və Fernan Lopezi komandada saxlamağa çalışır.
Sportal.az saytına verilən məlumata görə, bölgə klubu hər iki futbolçuya yeni müqavilə təklif edib.
Amma hələ ki, futbolçulardan konkret cavab ala bilməyib.
Hər iki futbolçunun digər klublardan təklifləri olduğundan qərar verməyə tələsmir. Ancaq "Qəbələ" rəsmiləri komandanın Konfrans Liqasında çıxış edəcəyinə görə, heyəti tez bir zamanda komplektləşdirmək istəyir.