- Azərbaycan millisi bu gün Belarusla üz-üzə gələcək. Necə düşünürsən, milli ötən il yoxlama oyununda qalib gəldiyi rəqibini bugünkü gündə məğlub edə biləcək gücdədi?
- İlk növbədə millimizə uğurlar arzu edirəm. Hər bir azərbaycanlı millidən bu gün qələbə gözləyir. Belarus asan rəqib deyil. Hər halda bizimlə eyni gücdə olan komandaya qarşı oynayacağıq. Millimiz nəyəsə nail olmaq istəyirsə, bu gün mütləq qələbə qazanmalıdı.
- Qazaxıstana məğlubiyyətdən sonra milliyə inam azalıb. Səncə, bu, inamı milli necə geri qaytaracaq?
- Qazaxıstanla oyundakı məğlubiyyəti necə şərh edərdin? Səncə, milli niyə uduzdu?
- Əksər futbol mütəxəssisləri, azarkeşlər millinin hazırki sxemini müzakirə edir və fərqli sxemdə oynamalı olduğumuzu deyirlər. Sən bu haqda hansı fikirdəsən?
- Qazaxıstanla oyundan fərqli olaraq, bu gün hansı futbolçuların meydanda olacağını ehtimal edirsən? Millinin baş məşqçisi olsaydın, bu gün meydana hansı heyətə üstünlük verərdin?
- Ümumiyyətlə, Azərbaycan millisinin bu qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsən? Səncə, bu, mümkün olacaq?
- Çox istəyərdim ki, millimiz bu qrupdan çıxsın. Mənim kimi bunu hamı istəyir. Ancaq asan olmayacaq. Yenə də millimizə uğurlar arzulayıram.
Mirbağırağa