Canni de Byazi: "Sabah daha yaxşı nəticə olacaq və qalib gələcəyik"

20:22 - 9 İyun 2022

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının üçüncü turu çərçivəsində Slovakiya yığmasını qəbul edəcək.


Sportal.az xəbər verir ki, matçdan öncə təşkil edilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni de Byazi jurnalistlərin suallarını cavablandırıb:

 

- İki oyundan istədiyimizi ala bilməmişik. Komandadakı hazırki vəziyyət necədi? 

- İki oyunu yaxşı analiz etmişik. Rəqibimizdən daha üstün, daha yaxşı oynadıq. Qol epizodlarımız var idi, keyfiyyətli oynadıq. Üzülürük ki, qol vura bilməmişik. Halbuki şanslarımız çox idi. Futbolda bu gün baş verməyən sabah baş verəcək. Sabah bizi ağır oyun gözləyir. Təbii ki, slovakiyalıların qazaxlara uduzması sürpriz oldu. Amma sabah əlimizdən gələni edəcəyik ki, qalib gələk. Bunun üçün qol vurmaq lazımdı.

 

- Jurnalistlər, futbol mütəxəssisləri düşünür ki, daha fərqli sxemdə oynayıb daha yaxşı nəticələr qazana bilərsiniz. Siz də düşünmürsüz ki, daha fərqli sxemlə oynaya bilərsiz? 

- Bu, sizin işinizdi. Ona görə heç nə deyə bilmərəm. Qeyd etmək istəyirəm ki, keyfiyyət baxımından pis oyun göstərdiyimizi heç kim deyə bilməz. Hamı azaddı, nə istəyir deyə bilər. Uduzursan hamı səni pisləyir. Udanda eyni insanlar səni tərifləyir. Heyf ki, qələbələr olmadı. Halbuki uda bilərdik.

 

- Rəqibin baş məşqçi dəyişikliyi oyuna necə təsir edəcək? 

- Yeni baş məqşçi keçmiş baş məşqçinin assistendidi. Qazaxıstanla oyunda sonrakı nəticəyə görə dəyişilib yəqin. Qazaxlarla oyuna baxdıq, yaxşı oynadılar. Qazaxlar yaxşı vuruşdu. Sabah biz də belə oynamalıyıq, aqressiv olmalıyıq. Oyunu 11 nəfərlə bitirməliyik. Lazımsız foullar etməməliyik. 

 

- Qazaxıstan, Belarus və Slovakiya arasında hansı fərqlər var? 

- Slovakiya qrupumuzun güclü komandasıdı. Çox oyunçuları top liqalarda oynayırlar. Komandanı yaxşı analiz etmişik, öz oyunçularımıza göstərmişik.

 

- İlk dəfə "Dalğa Arena"da oynayacaqsınız. Gözləntiləriniz nədir arena ilə bağlı? 

- Sabah yaxşı oyun keçirməliyik. Əvvəlki oyunlarla müqayisədə daha az şansımız ola bilər. Amma imkanlardan effektli şəkildə istifadə etməliyik. Stadion futbol üçün idealdı, çox xoşum gəldi. Ümid edirəm k, azarkeşlərin səsisini eşidə biləcəyik. Bilirəm ki, son oyunda Azərbaycan Slovakiyadan beş qol buraxıb. Sabah daha yaxşı nəticə olacaq və qalib gələcəyik.

 

- Anatoli Nuriyev və Dmitri Nazarov daha az şans qazanır. Onların durumu necədi? 

- İkisi də fiziki olaraq hazırdı. Nuriyev bir müddət futboldan kənar qaldı mühabirəyə görə. Sonlarda "Sumqayıt"da oynadı. Bizim üçün vacib oyunçudu. Nazarov təcrübəlidi və bizə kömək edə bilər.

 

Mirbağırağa

Xəbər xətti