"Qazanılan qələbə bizi xoşbəxt edir. Biz burada xalqımızı sevindirmək, uğurlu nəticələr etmək üçün oynayırıq. Təbii ki, Azərbaycan millisinin duaları və dəstəyi bizi daha da gücləndirir".
Bu sözləri Sportal.az saytına açıqlamasında mini-futbol üzrə Azərbaycan millisinin üzvü Asif Zeynalov deyib.
Yığma komandamızın aparıcı futbolçusu Slovakiyanın Koşitse şəhərində keçirilən turnirlə bağlı danışıb. Onun sözlərinə görə, millimiz uğurlu nəticələrinə davam etmək istəyir:
"Biz bu turnirə çox yaxşı hazırlaşmışdıq. İlk turda uduzsaq da, sonradan uğurlu nəticələr qazanmağı bacardıq. Dünən ev sahibi Slovakiyaya qarşı oynadıq. Həqiqətən də çətin idi. Rəqibimiz güclü idi. Üstəlik ev sahibi idi və hər zaman ev komandasına qarşı oynamaq asan olmur. İstənilən halda biz sonda qalib gəldik və yarımfinala vəsiqə qazandıq. Bu gün Qazaxıstan millisinə qarşı oynayacağıq. Bu görüşə uğurlu nəticə qazanmaq üçün çıxacağıq. Çempionatdakı bütün komandalar güclüdü. Əlimizdən gələni edəcəyik ki, xalqımızı sevindirməyə davam edək".
saytlarin hazirlanmasi