Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhim Sadıxovun Rusiyaya qayıtmaq variantı yaranıb.
Sportal.az saytına verilən məlumata görə, Rusiya Premyer Liqasına yenidən vəsiqə qazanan "Torpedo" sabiq futbolçusunu geri qaytarmaq niyyətindədi.
Moskva klubunun rəhbərliyi artıq millimizin üzvü ilə danışıqlara start verib. Premyer Liqa klubu 25 yaşlı futbolçuya illik 130 min dollar maaş təklif edib.
Onun xidmətində "Sabah" da maraqlıdı. Amma son olaraq "Sumqayıt"da çıxış etmiş Rəhimin Rusiyaya geri dönəcəyi iddia edilir. 25 yaşlı futbolçunun Azərbaycana gəlməmişdən əvvəlki son klubu "Torpedo" olub.