Millətlər Liqasının 4-cü turunun Azərbaycan – Belarus matçından öncə keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:
"Millətlər Liqasına nəticə baxımından yaxşı başlamamışıq. Amma üç oyunda da yaxşı oynamışdıq. Slovakiya bizdən keyfiyyətcə, həm də təcrübə sarıdan üstün olsa da, onlara qarşı da futbol nümayiş etdirdik. Ən azından bir xal götürə bilərdik. Amma bəxtsizlik oldu. Əminəm ki, bundan daha yaxşısına nail ola bilərdik. Sabah Belarusu udmalıyıq. Ondan sonra Qazaxıstanla oyunumuz olacaq. Sonda da Slovakiyaya qarşı axıra kimi mübarizə aparacağıq. Çalışacağıq ki, qrupda bundan sonra maksimum xalı toplayaq. Çoxlu imkanlarımız olur. Amma hələ ki, qol vura bilməmişik. Təbii ki, qol vurmursansa, oyunu udmaq çətindi. Qazaxıstanla oyunda imkanlarımız var idi, amma iki qol buraxdıq və uduzduq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. 11 günə 4-cü oyunumuzu oynayacağıq. Rəqiblərimiz də də vəziyyət belədi. Meydanda var gücümüzü qoyacağıq ki, qalib gələk
- Qısa müddətdə nəyi dəyişə bilmisiniz?
- Təbii ki, psixoloji vəziyyət yaxşı deyil. Çünki ilk iki oyunda qol vura bilmədik, qələbə olmadı. Son oyunda daha çətin rəqibə qarşı oynadıq. Amma futbolda külək öz istiqamətini tez dəyişir. Bir oyun udsaq, özünəinamı geri qaytaracağıq. Hər bir futbolçunun öz daxilində istəyi olmalıdı, meydanda sona qədər vuruşmalı, komanda yoldaşlarına dəstək olmalıdı. Özümüzə inanmalıyıq ki, nəticələr gəlsin. Başa düşürəm, ilk oyunlarda nəticələr uğurlu olmayıb. Ancaq hər bir oyunçu meydanda ürəyini qoyub, vuruşublar.
- Maksim Medvedevin durumu hansı yerdədi?
- Hələ ki, bilmirəm. Sabah səhər yüngül məşqimiz olacaq. Vəziyyətinə baxacağıq. Son oyunda ayağından zədə alıb, ağrısı var. İstəyərdim ki, sağalsın, bizimlə olsun sabah. Çünki Maksim bizim üçün vacib oyunçudu, komandaya çox köməyi dəyə bilər.
- Heyətdə dəyişikliklər etməyi düşünürsüz?
- Sabah səhər qərar verəcəyik. İlk növbədə, görək futbolçular necə bərpa olub. Sıx qrafikimiz var idi. Sabah axşam fiziki baxımdan futbolçular hazır olmalıdı ki, 90 dəqiqə oynaya bilsinlər.
Mirbağırağa
saytlarin hazirlanmasi