Sportal.az xəbər verir ki, qolkiper sabahkı oyunla bağlı bunları deyib: "Çox istəyirik ki, sabah qalib gələk. Bizim üçün vacib oyundu. Meydana yalnız qələbə üçün çıxacağıq. Belarusla bir dəfə oynamışıq. Onlar bizdən o qədər də üstün deyil. Biz də başa düşürük ki, nəticə vermək lazımdı. Hər dəfə çalışırıq ki, qalib gələk. Amma hələ ki, alınmır. Bu da bizi sıxır.
Epizodlarımız olur, amma vura bilmirik. Sonda da uduzuruq. Millidə oynamaq çox çətindi. Çünki bütün ölkə sizə azarkeşlik edir. Uduzmaq da çox ağırdı. Yenə də vurğulamaq istəyirəm ki, sabah qalib gəlməliyik. Bir oyun qalib gəlsək, özünəinamı qaytararıq. Çoxdandır ki, qalib gəlmirik".
Mirbağırağa