UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin püşkatmas; öncəsi komandaları qruplara bölünüb.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın 5 potensial rəqibinin adına da aydınlıq gəlib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Jrinski" (Bosniya və Herseqovina), "Lex" (Polşa), "Hibernians" (Malta), "Şkupi" (Şimali Makedoniya) və "Dinamo" (Batumi, Gürcüstan) klublarından biri ilə üz-üzə gəlməli olacaq.
Püşkatma sabah keçiriləcək.