"Sabah"ın daha bir gənc futbolçusu "Kəpəz"in maraq dairəsində

19:26 - 13 İyun 2022

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.


Sportal.az saytının məlumatına görə, Gəncə təmsilçisi "Sabah"ın müdafiəçisi Nemət Musayevi heyətinə cəlb etmək istəyir. "Sarı-göylər" 20 yaşlı mərkəz müdafiəçisini 1 illik icarəyə götürməyi planlaşdırır.


Nemət Musayev "Sabah"ın ikinci komandasında çıxış edir. Əsas komandaya da tez-tez çağırılan gənc futbolçu orada hələ debüt etməyib. Musayev Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.


Qeyd edək ki, "Kəpəz" "Sabah"ın gənc qapıçısı Rüstəm Samiqullini də icarəyə götürmək istəyir.

Xəbər xətti