Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşdi - YENİLƏNİB

14:16 - 14 İyun 2022

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.


Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" bu mərhələdə Polşanın "Lex" klubu ilə qarşılaşacaq.

 

"Qarabağ" ilk matçını səfərdə keçirəcək. Bu mərhələnin oyunları 5/6 və 12/13 iyulda baş tutacaq.

 

*****

 

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.


Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtilə saat 14:00-da start götürəcək.


Püşkatmada Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibinin adına aydınlıq gələcək. Ağdam təmsilçisi Bosniya və Herseqovinanın "Zrinski", Polşanın "Lex", Maltanın "Hibernians", Şimali Makedoniyanın "Şkupi" və Gürcüstanın "Dinamo" (Batumi) komandalarından birinə rəqib olacaq.

Xəbər xətti