U-21 yığmamız tsikli məğlubiyyətlə başa vurdu - YENİLƏNİB

21:54 - 14 İyun 2022

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirib. 

Sportal.az xəbər verir ki, yığmamız Norveçin müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub. Drammen şəhərindəki “Marienlyst” stadionunda keçirilən matç yığmamızın 1:2 hesablı məğlubiyyətilə sona çatıb. Bu qələbə sayəsində Norveç 24 xalla qrupu birinci pillədə tamamlayaraq final mərhələsinə vəsiqə qazanıb. Millimiz isə 7 xalla 5-ci pilləni tutub.

Norveç U-21 - Azərbaycan U-21 2:1

Qollar: Larsen 54, Botheym 77 - İldar Alekperov 65

Norveç U-21: Kristoffer Klaesson, Sebastyan Sebulonsen, Henrik Heggheym, Yesper Daland, Fredrik Oppegard, Tobias Kristensen, Kristian Arnstad, Yohan Hove, Emil Geyde, Yorgen Larsen, Erik Botheym (k)

Azərbaycan U-21: Əkpər Əliyev, Nihat Quliyev, Elvin Cəfərquliyev, Rauf Hüseynli (k), Zamiq Əliyev, Ədilxan Qarəhmədov, Şakir Seyidov, Ceyhun Nuriyev, Rüstəm Əhmədzadə, Abdula Xaybulayev, Musa Qurbanlı


Baş hakim: Luka Bilbiya
Baş hakimin köməkçiləri: Goran Dujak, Amer Maciç
Dördüncü hakim: Antoni Bandiç

Xəbər xətti