"Torpedo" ilə anlaşan forvard Azərbaycan çempionatında oynamağa yaxın olub

17:54 - 14 İyun 2022

Azərbaycanın U-18 yığmasının sabiq üzvü David Qarayev yeni mövsümdən ölkəmizdə oynamağa yaxın olub. 

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqamızda çıxış edən klublar arasında Qarayevə maraq göstərənlər olub.

Belə ki, “Sumqayıt” və “Neftçi” başda olmaqla daha 2 klub Qarayevi heyətinə qatmaq istəyib.

Ötən mövsüm birinci divizionda “SKA-Xabarovsk” forması geyinmiş Qarayev Rusiya Premyer Liqasının iştirakçısı "Torpedo"dan təklif alınca, qonşu ölkədə qalmağa üstünlük verib. Moskva klubu uzun illərdən sonra yenidən Premyer Liqada iştirak edəcək. 

27 yaşlı futbolçu “Nefteximik”, “Spartak”(Vladiqafqaz), “Ximki”, KAMAZ, “Ural”, “Kaspiy”(Qazaxıstan) klublarında çıxış edib.

 

Xəbər xətti